6 yaşlı uşaq anasını ölümdən QURTARDI

1 May 2024 17:31

Moskvada altı yaşlı uşaq təcili yardım çağıraraq komaya düşən anasını xilas edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

42 yaşlı qadının hansı səbəbdən komaya düşdüyü məlum deyil. O, hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.

Qeyd olunub ki, mənzildə altı yaşlı uşaqdan başqa dörd yaşlı qardaşı da olub.

Uşaqlar üçün əlavə həkim briqadası çağırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun