Kloppla bağlı plan

1 May 2024 16:25

Yurgen Kloppu baş məşqçi postuna dəvət etmək istəyən daha bir klubun adı bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Dortmund "Borussiya"sı alman mütəxəssisin xidmətində maraqlıdır.

Bundesliqa təmsilçisi Kloppu 2025-ci ilin yayında baş məşqçi təyin etməyi planlaşdırır. Mütəxəssis cari mövsümün sonunda "Liverpul"dan ayrılacaq.

Qeyd edək ki, Klopp 2008-15-ci illərdə də Dortmund təmsilçisini çalışdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun