Neftimiz ucuzlaşdı

1 May 2024 12:44

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.75% və ya 0.67 ABŞ dolları azalaraq 89,10 dollar təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 89,77 dollara ticarət edilib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun