Türkiyədə cinayətkar evinin hamamında gizlənibmiş

1 May 2024 09:56

Türkiyənin Mersin şəhərində məhkəmənin hökmü ilə yeddi il yeddi ay müddətində həbsə məhkum edilən şəxs tapılaraq ədliyyə orqanlarına təhvil verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hüquq mühafizə orqanları müəyyən ediblər ki, cinayətkar evində gizlənir.   

Polisin apardığı əməliyyat nəticəsində o, evinin yataq otağında yerləşən hamamdan tapılaraq həbs edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun