Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin

1 May 2024 07:31

Mən hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki, biz Ukraynaya genişmiqyaslı və sürətlə təhlükəsizlik yardımı göstərməyə davam edək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasında 2025-ci il müdafiə büdcəsinin təqdimatı zamanı bildirib.

O, tərəfdaşları Ukraynaya "Patriot" zenit-raket komplekslərini verməyə çağırıb.

Ostin əlavə edib ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerovla hər həftə danışır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun