General Qazaxda minaya düşən hərbçiyə baş çəkdi - VİDEO

1 May 2024 00:48

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib.

Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətinin yaxşı olduğunu bildirib.

Daha ətraflı REAL TV-nin hazırladığı süjetdə:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun