Mirziyayevi təhqir edən şəxsə hökm oxundu

30 Aprel 2024 18:02

Özbəkistanın Namanqan şəhər məhkəməsi 2023-cü ildə Moskvadakı Qələbə paradında iştirak etdiyinə görə ölkə Prezidenti Şövkət Mirziyayevi təhqir edən şəxsə hökm oxuyub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məhkəmədən məlumat verilib.

Məhkəmənin hökumünə görə, Özbəkistan vətəndaşı 5 li müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, həmin şəxs 2023-cü ildə Mirziyayevin Moskvadakı Qələbə paradındakı fotosunu paylaşaraq təhqiredici şərhlər yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun