Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini geridə qoydu

30 Aprel 2024 17:56

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

"Qarabağ"ın baş məşqçisi dünya reytinqində 134-cü yerə yüksəlib. 1671 xala malik 52 yaşlı mütəxəssis 4 pillə irəliləyib. O, Markus Qisdol ("Samsunspor", Türkiyə), Davide Bellardini ("Sassuolo", İtaliya), Pelleqrino Matarazzo ("Hoffenhaym", Almaniya) və Yess Torupu ("Auqsburq", Almaniya) arxada qoyub.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2230 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun