Türkiyə ordusu PKK-nın 5 terrorçusunu zərərsizləşdirdi

30 Aprel 2024 16:50

Türkiyə Silahlı Qüvvələri PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyə ordusu terror təşkilatı PKK-ya qarşı əməliyyatları qətiyyətlə davam etdirir:

"İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan PKK-nın 5 terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - paylaşımda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun