“Delimitasiya prosesini alqışlayıram”

30 Aprel 2024 15:05

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi ilə bağlı razılığı alqışlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Buriç bu barədə öz "X" hesabında paylaşım edib.

"Ermənistanla Azərbaycan arasında 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında delimitasiya prosesinin başlamasına dair bu yaxınlarda əldə olunan razılaşmanı alqışlayıram", - deyə baş katib qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun