Rusiya bu ölkədə təxribata hazırlaşır – Kəşfiyyat

30 Aprel 2024 14:25

Rusiya Moldovada keçiriləcək prezident seçkiləri və Avropa Birliyinə üzv olmaq üçün referendum ərəfəsində ona qarşı hibrid hücum planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Blumberq" Britaniya kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, Böyük Britaniya yaxın aylarda rus agentlərinin təhdidinə qarşı çıxmaq üçün Moldova hakimiyyəti ilə kəşfiyyat məlumatlarını bölüşəcək.

Qeyd edək ki, Moldovada seçki oktyabrın 20-də keçiriləcək. Moldovanın avropapərəst Prezidenti Maya Sandu ikinci müddətə namizəd olacaq. Həmin gün ölkənin AB-yə daxil olması ilə bağlı referendum keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun