Türkiyədə sərnişin avtobusu aşdı - ölən və yaralananlar var

30 Aprel 2024 11:11

Türkiyənin Qaziantep bölgəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, avtobusun qəzaya uğramasının səbəbi araşdırılır. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun