Bu ölkədə güclü zəlzələ oldu

30 Aprel 2024 07:22

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri təxminən 537 min nəfər əhalisi olan Tustla Qutyerres şəhərindən 64 km cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun