Odessaya zərbələr endirildi - Ölənlər var

29 Aprel 2024 20:47

"Ukraynanın Odessa bölgəsinə raket zərbələri endirilib".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, raket hücumu nəticəsində yaşayış binalarına və mülki infrastruktura ziyan dəyib. Nəticədə 2 nəfər ölüb, 17-si yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun