Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO

29 Aprel 2024 18:53

Gürcüstan parlamentində "xarici agentlər" haqqında qanun layihəsinə baxılması yenə mübahisə ilə nəticələnib. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, deputat Xatia Dekanoidze parlament çoxluğunun üzvü Quram Maçaraşviliyə şüşə butulka atıb. Həmçinin, deputat onu Saakaşvili ilə birlikdə ölkəni satmaqda ittiham edib.

Dekanoidze Ukrayna Milli Polisinin keçmiş rəhbəridir.

Məlumata görə, parlamentin iclasında 8 müxalifət deputatı zaldan çıxarılıb, daha bir neçə deputat etiraz əlaməti olaraq iclası tərk edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun