Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan antiterror əməliyyatı nəticəsində son bir həftə ərzində daha 15 PKK terrorçusu zərərsizləşdirilib.
Milli.Az unikal-a istinadən xəbər verir ki, əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbərliyi ilə İraqın Hakurk bölgəsində həyata keçirilib.
Əməliyyat zamanı zərərsizləşdirilənlər arasında təşkilatın liderləri hesab edilən terrorçular da var.
Bu şəxslərin Türkiyənin bölgədəki təhlükəsizlik qüvvələrinə qarşı hücum planlaşdırdıqları müəyyən edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun