"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsan instaqrama, tanınmamış insanlardırlar, amma belə. Bəsdirin. Müğənnini bildik ki, ehtiyacı var, gecə vaxtında yata bilmir, kökəlir".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Səhər görüşləri Lamiyyə Ələkbərova ilə" verilişində qonaq olarkən deyib. O, yenidən estetik əməliyyat etdirəcəyini açıqlayıb:
"Dietoloqum mənə deyir ki, axşam 6-dan sonra qəti yemək yemək olmaz. Niyə? Gedirəm restorana, balığı gətirirlər qara ikra ilə, yeməyim? Ondan evdə var? Hamı deyir ki, ac yatın, ölün acından. O gün dedilər ki, əməliyyat etdirənlərin içində ən qəşəngi bir Divadadır (Xalq artisti Aygün Kazımova - red.), bir də səndə. Çünki ürəyimiz təmizdir. Çünki biz heç kimə paxıllıq etmirik. Əməliyyatdan sonra anam dua edirdi, ağzım əyilmişdi. Həkim dedi, düzələcək. Hələ bir il tamam olmayıb. Yenə də elətdirəcəyəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun