Futbol üzrə Fransa çempionatının 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, PSJ bu ada sahib çıxıb. Belə ki, Liqa 1-in XXXI turunda "Monako"nun "Lion"a 2:3 hesabı ilə məğlub olmasından sonra aktivində 70 xalı olan Paris təmsilçisinin sona 4 tur qalmış qızıl medalları təmin etməsi dəqiqləşib. Knyazlıq klubu isə xal itkisinin ardından 58 xalla ikinci pillədə qərarlaşıb.
Bununla da paytaxt klubu 12-ci dəfə qızıl medala sahib çıxıb.
Qeyd edək ki, ötən mövsüm də Fransa çempionluğunu PSJ əldə etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun