Qızlarımız Polşada güləşir
24 May 2010 09:26
Dünən keçirilən püşkatma zamanı iki çəki dərəcəsində iştirak edən yığmamızın rəqibləri məlum olub.
46 kq çəkidə mübarizə aparan Aydan Səfərli Finlandiya güləşçisi Petra Olli ilə, 52 kq çəkidə isə Patimat Baqomedova polşalı Silvia Szults ilə qarşılaşacaqdır. Güləşçilərimiz mübarizəyə 1/8 final mərhələsindən başlayırlar.
/AzərTAc/