Pakistanın xarici işlər naziri baş nazirin birinci müavini təyin edilib

28 Aprel 2024 23:26

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkənin Baş naziri Şahbaz Şərifin birinci müavini təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Şərif və Dar hazırda Ər-Riyada səfərdədirlər və ani təyinatın səbəbi hələlik bəlli deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun