Allergiya, kosmetik vasitələr, ağlamaq, yuxusuzluq və bir çox digər səbəblərdən gözdə şişkinlik əmələ gələ bilər.
Bunun aradan qaldırılması üçün nə etmək lazımdır?
Milli.Az lent.az-a istinadən göz şişkinliyini aradan qaldırmaq üçün təbii üsullarla həyata keçirəcəyiniz 6 qaydanı təqdim edir:
Buz
Səhər oyandığınız zaman 2 buz qəlibini göz qapağına 10 dəqiqə müddətində kompres edin.
Çay vannası:
Soyuq çay paketlərini gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın.
Çiy kartof:
Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə saxlayıb ilıq su ilə durulayın.
Süd:
Soyuq südə batırılmış pambığı göz qapağına sürtüb 10 dəqiqə gözləyin.
Xiyar:
Xüsusilə yorğunluqla bağlı göz şişkinlikləri zamanı incə bir dilim xiyarı göz qapağının üzərinə qoyub 10-15 dəqiqə saxlayın.
Metal qaşıq:
Metal qaşığı göz qapağına yüngülcə qoyub bir az gözləyin. Bu üsul qan dövranını sürətləndirir və gözləri rahatladır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun