Leysan yağışlar 70-dən çox sakinin ölümünə səbəb oldu

28 Aprel 2024 12:35

Keniyada son iki ayda güclü və uzun sürən yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 76 nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Keniya hökumətinin sözçüsü İsaak Maiqua Mvaura məlumat verib.

"Son 12 saat ərzində daha 12 nəfər ölüb, yağışlar nəticəsində ölənlərin ümumi sayı 76-ya çatıb. Daha 29 keniyalı yaralanıb və 19 nəfər itkin düşüb", - deyə o qeyd edib.

Mvaura əlavə edib ki, bir sıra çaylarda bəndlərin sıradan çıxması nəticəsində yaranan su sızıntıları səbəbindən yaxın günlərdə vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun