Meksika Senatı cinsiyyətini dəyişdirmək üçün konversiya terapiyası keçirənlərə 2 ildən 6 ilə qədər həbs cəzası verilməsini təsdiqləyib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Meksika Konqresinin yuxarı palatasının informasiya portalında məlumat verilib.
Senat bildirib ki, yetkinlik yaşına çatmayanlara və ya əlillərə münasibətdə konversion terapiya aşkar edilərsə cəza ikiqat olacaq.
Bu, cəzanın şəxsin cinsi oriyentasiyasını, şəxsiyyətini və ya cinsi ifadəsini dəyişdirmək üçün hər hansı bir üsulu həyata keçirən, yayan, tətbiq edən, məcbur edən və ya maliyyələşdirənlərə tətbiq ediləcəyini bildirir.
Qeyd olunub ki, senatorlar tərəfindən bəyənilən sənəd indi baxılmaq üçün hökumətə göndəriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun