Sabah Füzuliyə 39 ailə yola düşəcək

28 Aprel 2024 11:01

Füzuliyə qaçqın və məcburi köçkünlərin növbəti dəfə yola salınması baş tutacaq.

Milli.Az Füzuli şəhərinə əhalinin 29.04.2024-cü il tarixində köçürülməsinə dair məlumatı təqdim edir:

köçürülür, cəmi - 39 ailə (153 nəfər), o cümlədən:

-     Bakı şəhərindən - 27 ailə (110 nəfər);

-     Sumqayıt şəhərindən - 5 ailə (14 nəfər);

-     Füzuli rayonundan - 3 ailə (10 nəfər);

-     Şamaxı rayonundan - 2 ailə (8 nəfər).

-     Abşeron rayonundan - 1 ailə (7 nəfər);

-     Yevlax şəhərindən - 1 ailə (4 nəfər).

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınmışdır;

Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər;

köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək, kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaqdır;

Beləliklə, 29.04.2024-cü il tarixindəki köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi  822  ailə (3132 nəfər) köçürülmüşdür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun