Serbiyada çempionatda Rusiya himni yarıda kəsildi

28 Aprel 2024 09:51

Serbiyada boks üzrə Avropa çempionatının qalibi rusiyalı Yuliya Çumqalakovanın mükafatlandırılması mərasimi zamanı Rusiya himni səsləndirilərkən dayandırılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə hadisə yerində olan jurnalistlər məlumat verib.

Məlumata görə, Çumqalakova finalda Serbiya idmançısı Kristina Varqaya qalib gəlib. Mükafatlandırma mərasimində əvvəlcə himn səslənsə də, qəfil kəsilib. Azarkeşlər onu musiqisiz oxuyub.

Təşkilatçılar bu vəziyyəti texniki problemlə izah ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun