“Titanik”in sərnişininin saatı rekord qiymətə satıldı

28 Aprel 2024 09:23

"Titanik" gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib saatı 1,175 milyon funt sterlinqə (1 funt sterlinq = 2,2 manat) satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Britaniyanın "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Bildirilir ki, saatın 150 min funt sterlinqə satılacağı ehtimal edilirdi.

Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord yenilənib. Bu gəminin sərnişininə məxsus skripka 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun