Mayın 24-nə olan hava proqnozu

24 May 2010 06:00
Hidrometeroloji proqnozlar bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-24° isti olacaq.

Azərbaycanın rayonlarında isə əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi, gündüz tədricən kəsiləcəyi ehtimalı var.

Milli.Az