Acun "Fənərbağça"nın Avropadan kənarlaşdırdığı klubu alır

26 Aprel 2024 13:06

Məşhur türkiyəli iş adamı və "Hall Siti"nin sahibi Acun Ilıcalının yeni klub almaq planları üzə çıxıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Sloveniya Liqası komandalarından olan "NK Maribor" Ilıcalının yeni hədəfi olub.

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Fənərbağça" ilə qarşılaşan "Maribor" ilk matçda səfərdə 3:1, ikinci matçda isə evdə 3:0 hesabı ilə məğlub olub.

Klubun yaydığı açıqlamada qeyd olunub ki,  potensial investorlarla görüşmə və məlumat toplama prosesi həyata keçirilir:

"Bunlar məcburi olmayan görüşlər olduğu müddətcə mətbuatda çıxan xəbərlərə və ya namizədlərlə bağlı şayiələrə şərh verə bilmərik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun