Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - FOTOlar

26 Aprel 2024 11:33

Bakıda gənc qız dəm qazından boğulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun