Velosiped işıqforları quraşdırılır - Bakıda ilk

25 Aprel 2024 18:11

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məqsəd fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaqdır.

Hazırda paytaxtın bəzi mərkəzi küçə və prospektlərində bu istiqamətdə texniki işlər həyata keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun