Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano müəllimləri, Respublika və Beynəlxalq Müsabiqələr laureatları Nərmin İsgəndərova və Səbinə Mustafayevanın ifasında "Təfsir" fortepiano dueti konserti keçirildi. Aparıcı musiqişünas Aytən Adıgözəlova idi. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndi. Hər bir əsər və onun müəllifi haqqında ətraflı məlumat verildi. Bir çox əsər ilk dəfə səsləndi. Minnətdar izləyicilər tərəfindən bütün səhnə gül dəstələri içində idi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az