Laporta da təsdiqlədi: "Xavi “Barselona”da qalacaq"

25 Aprel 2024 16:21

"Barselona"nın baş məşqçisi Xavi Ernandes postunda qalacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu İspaniya klubunun prezidenti Joan Laporta açıqlayıb.

O bildirib ki, mütəxəssis vəzifəsindən ayrılmayacaq: "Xavi "Barselona"nın baş məşqçisi postunda işləməyə davam edəcək. O, komandadan getmək barədə düşünməsi haqda bir neçə dəfə açıqlama verib. Dünənki söhbətimizdə isə bizim layihəni inkişaf etdirmək istəyinə əmin oldum".

Qeyd edək ki, Laportadan əvvəl klubun vitse-prezidenti Rafa Yuste də Xavinin müqaviləsini uzadaraq komandada qalacağını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun