Rusiya Türkiyəyə nota göndərdi

25 Aprel 2024 15:16

Rusiyanın Ankaradakı səfirliyi Türk Hava Yollarının Rusiya vətəndaşlarını Türkiyə üzərindən Latın Amerikası ölkələrinə daşımaqdan tez-tez imtina etməsi ilə bağlı Türkiyə XİN-ə nota göndərib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Məsələ Türkiyə qarşısında, o cümlədən aprelin 19-da keçirilən Rusiya-Türkiyə turizm təhlükəsizliyi və hüquqlarının müdafiəsi alt qrupunun iclasında qaldırılıb. Türkiyə Rusiya səfirliyinin bu barədə XİN-ə göndərdiyi notanı diqqətlə araşdırır", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun