Zaxarova Aİ-nin Ermənistandakı missiyasının əsas hədəfini açıqladı

25 Aprel 2024 15:31

Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının əsl hədəflərinə heç vaxt şübhə etməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, bu missiya regionda casusluq fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulub: "Aİ missiyasının fəaliyyətinə gəlincə, biz onun əsl mahiyyətinə heç vaxt şübhə etməmişik. Bu, casusluq fəaliyyətini həyata keçirmək vəzifəsidir. Bu barədə bir neçə dəfə danışmışıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun