Azərbaycanın Təbrizdəki keçmiş Baş konsulu Ərdəbil valisi ilə görüşüb
23 May 2010 13:37
Ayxan Süleymanovun Təbrizdəki diplomatik fəaliyyətinin yüksək olduğunu diqqətə çatdıran Mənsur Həqiqətpur cari il mayın əvvəlində Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşərək, qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çox sürətlə inkişaf edir və tərəqqiyə doğru inamla addımlayır.
Səmimi sözlərə və mehribançılığa görə təşəkkür edən Ayxan Süleymanov bildir ki, Azərbaycan - İran münasibətlərində strateji inkişafın təməlinin qoyulması və onun uğurlu nəticələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
/AzərTAc/