Türkiyədə futbol hakimi vəfat etdi

25 Aprel 2024 14:51

Türkiyədə futbol hakimi vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 37 yaşlı referi Yusuf Bulut qaçış zamanı qəfil yerə yıxılıb. 

Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun infarkt səbəbindən öldüyü bildirilib. 

Qeyd edək ki, Y.Bulut Manisanın Turgutlu rayonunda həvəskar və aşağı yaş qruplarında hakimlik edirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun