“Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”

25 Aprel 2024 13:31

"Görünür ki, Musa üçün çox çətindir".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu İsveçin "Yurqorden" klubunun baş məşqçisi Tomas Laqerlöf deyib.

O, Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının komandadakı durumuna aydınlıq gətirib: "Bu, çox üzücü vəziyyətdir. Çünki ardıcıl iki oyundur heyətə də daxil edilmir. Məsələ ondadır ki, protokola cəmi 20 futbolçunun adı daxil edilir. Bu da komandada rəqabəti artırır. Biz seçim etməli oluruq".

Qeyd edək ki, 22 yaşlı hücumçunun adı "Sirius" (2:0) və AİK-ə (0:2) qarşı matçların protokoluna daxil edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun