Nəvəsinin doğum gününə gələn Elzanın əri kameralardan qaçdı - VİDEO

25 Aprel 2024 11:56

Əməkdar artist Elza Seyidcahanın illər əvvəl boşandığı həyat yoldaşı üzə çıxıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, o, skripkaçı oğlu Əkbərin övladının doğum günündə iştirakı zamanı "Elgizlə izlə" ictimai-sosial verilişinin kameralarına tuş gəlib.  

Sənətçinin əri kameranı görən kimi əyləşdiyi masadan ayağa qalxıb və müsahibə verməkdən imtina edib. 

Elza ərinin bu hərəkətini efirə çıxmaq istəməməsi ilə əlaqələndirib: 

"Keşmiş həyat yoldaşımı hər zaman uşaqlarımın və nəvələrimin xoş günündə şəxsən özüm məclisimizə dəvət edirəm. Uşaqlarım atasız heç zaman qalmayıblar. Mən ərsiz qalmışam. O efirə çıxmağı və kameraların onun çəkməsini sevmir. Ona görə də müsahibə verməkdən də imtina edir". 

Qeyd edək ki, Elzanın Əkbərdən savayı Gülşən adlı qızı da var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun