34 ildir "Simpsonlar"da görünən obraz "öldü" - FOTO

25 Aprel 2024 16:38

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb.

Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedən barda görünüb. 

Son epizodda tez-tez bara gələn "Homer", "Mo", "Lenni" və "Karl" obrazları "Larri"nin küllərini səpmək üçün səyahətə çıxırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun