Baş pediatrın dəfn olunacağı yer açıqlandı

25 Aprel 2024 10:28

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq.

Milli.Az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nəsib Quliyevin Görədildə yaşadığı mənzildə meyiti aşkarlanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun