İstilər özü ilə birlikdə avtobuslarda kondisioner problemini gətirdi - VİDEO

25 Aprel 2024 11:29

İstilər özü ilə birlikdə avtobuslarda kondisioner problemini də gətirib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, havanın isti keçməsinə baxmayaraq, marşrutlarda sərinləndirmə sistemi işə salınmır.

Sərnişinlər bildiriblər ki, təzə avtobusların sürücüləri kondisionerləri işə salmağa icazə verilmədiyini deyirlər.

Köhnə avtobusların dərdi isə çəkiləsi deyil. İstidən artıq sürücülər də dilə gəliblər.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun