Nərimanovda iki avtomobil toqquşub, yaralı var

25 Aprel 2024 06:52

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 1976-cı il təvəllüdlü Yusubov Rauf Raqif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun