Ali qonağın şərəfinə dövlət ziyafəti verilib - VİDEO - FOTO

24 Aprel 2024 18:59

Aprelin 24-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ziyafətdə Azərbaycanın və Qırğızıstanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Milli.Az