İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

26 Aprel 2024 09:05

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır.

Milli.Az bildirir ki, bu barədə ARB TV-nin süjetində deyilir.

Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə, şəxs almaq istədiyi ikinci əl məhsul haqqında müəyyən qədər məlumata malik olmalıdır. Əgər alıcı həmin məhsul haqqında araşdırma etməkdən yayınırsa, biz ehtimal edə bilərik ki, o bunun oğurluq olduğunu bilir.

"Oğurluq məhsulunu əldə edənlər, satanlar və oğurluq məhsul olduğunu bildiyi halda əldə edən alıcılar Cinayət Məcəlləsinin 194-cü maddəsinə əsasən, min manatdan üç min manatadək cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud əmlakı müsadirə edilməklə dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Ətraflı videosüjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun