Sadır Japarov: Bu, Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

24 Aprel 2024 14:58

Bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmkəmləndirilməsi barədə Birgə Bəyannamə imzaladıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

"Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir", - deyə Prezident Sadır Japarov qeyd edib.

Milli.Az