Roza Zərgərlinin yeni peşəsi - VİDEO

24 Aprel 2024 15:20

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.

Milli.Az bildirir ki, o bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib.

Müğənni Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətə başladığını bildirib.

"Mənə tez-tez deyirlər ki, niyə incəsənətin bütün qollarında özünü sınamısan? O adamlara həmişə deyirəm ki, bacarırsınızsa, siz də edin. Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq fakültəsində dərs deyirəm", - deyə məşhur müğənni qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun