Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bugünkü matçların hakimləri bəlli olub.
"Qəbələ" - "Zirə" qarşılaşmasını Tural Qurbanov idarə edəcək. "Qarabağ" - "Neftçi" görüşü Əliyar Ağayevə həvalə olunub.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
24 aprel (çərşənbə)
"Qəbələ" - "Zirə"
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu, 17:00
"Qarabağ" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun