Çalhanoğludan “İnter”in prezidentinə: “Bir fincan qəhvə Tyuram və məndən bahadır”

24 Aprel 2024 12:02

"İnter"in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu, eləcə də "neradzurri"nin hücumçusu Markus Tyuram sosial şəbəkələrdə Milan klubunun prezidenti Stiven Çjanla canlı yayımda hansı qiymətə alındıqları barədə ironik şəkildə danışaraq gülüblər.

Tyuram: "Cənab Prezident, bizi sıfır avroya aldınız!"

Çalhanoğlu: "Bir fincan qəhvə Tyuramla məndən bahadır".

Tyuram: "Hədiyyəmizi almalıyıq".

Çjan: "Bu canlı yayımın səhv olduğunu bilirdim".

Xatırladaq ki, Çalhanoğlu "İnter"ə 2021-ci ilin yayında azad agent kimi keçib. Türkiyəli futbolçu buna qədər "Milan"da çıxış edib. Öz növbəsində, Tyuram ötən yay azad agent kimi "neradzurri"yə keçib. (oxu.az)

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun