Saxlanılan Şoyqunun müavini barəsində qərar verildi

24 Aprel 2024 11:12

Moskvanın Basman rayon məhkəməsi ölkənin müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  o, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq. 

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun