Müsavat Partiyasının növbəti qurultayı keçiriləcək - Bu tarixdə

24 Aprel 2024 10:33

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.

Milli.Az bildirir ki, bu barədə APA-ya Müsavat Partiyasından məlumat verilib.

Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.

Bununla bağlı partiyanın müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun